“Daşnaksütyun": Paşinyanı sayılı günləri qaldı, Nikolsuz Yeni il

“Daşnaksütyun": Paşinyanı sayılı günləri qaldı, Nikolsuz Yeni il
DÜNYA
21:59 15.12.2020
1166
"Biz belə birləşmə ilə bu hakimiyyəti təmizləməli, həmçinin ölkəmizin birliyini qurmalıyıq.

AZXEBER.COM xəbər verir ki, bunu Ermənistanın paytaxtı Yerevandakı "Fransa" meydanında keçirilmiş "Ləqayət marşı”nın mitinqində "Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

"Hələ ki Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, bizim xalqımızın və bizim dövlətimizin kürəyini düzəltmək sadəcə mümkün deyil.

Qarşımızdakı problemləri həll etmək üçün Paşinyanın gedişindən sonra hamımız birlikdə Avstraliyadan Moskvaya, Tehrandan Los-Ancelesə qədər xalqımızın potensialını birləşdirməliyik”.

O, qeyd edib ki, baş nazir Nikol Paşinyanı istefaya göndərmək və irəli getmək lazımdır: "Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək, mübarizə nə qədər uzun davam edirsə, bizi elə indi bu hakimiyyəti konkret hərəkətlərlə aradan qaldırmağa çağırırlar.

Mən "Vətənin qurtuluşu üzrə Hərəkat” adından söz verirəm ki, Paşinyanın sayılı günləri qaldı. Əgər o könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il", - Saqatelyan bildirib.

OXŞAR XƏBƏRLƏR