Daşqın fəlakəti yüz minlərlə insanı didərgin saldı

DÜNYA
14:50 13.09.2024
194
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Nigeriyanın şimal-şərqindəki daşqınlar səbəbiylə 230 mindən çox insanın didərgin düşdüyünü açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuat istinadən xəbər verir ki, bölgədə son 30 ilin ən pis sel fəlakəti olaraq xarakterizə edilən vəziyyətdən zərər çəkən 50 min insana isti yeməklərin çatdırıldığı qeyd edilib. 

Həmçinin ölkədə təxminən 32 milyon insanın kəskin aclıqla üzləşdiyi bildirilib. 

Nigeriyada 2024-cü ilin sentyabr ayına olan məlumata görə, 29 bölgədə 800 mindən çox insanın daşqınlardan zərər çəkdiyi və 550 min hektardan çox əkin sahəsinin su altında qaldığı bildirilib. 
 
Qeyd edək ki, Mali, Nigeriya, Efiopiya və Niger kimi Afrika ölkələrində son günlər yağan güclü yağışların səbəb olduğu daşqınlarda yüzlərlə insan həyatını itirib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR