Argentinada daşqınlar nəticəsində ölənlərin sayı 50-ni ötüb. Buenos-Ayres əyaləti rəsmilərinin sözlərinə görə, xilasedicilər itkin düşmüş 106 nəfəri tapmağa müvəffəq olublar. Lakin 20 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. Xidlasedicilər su altında qalmış ərazilərdən 2500- dən çox sakini evakuasiya ediblər. 28 min insan isə hələ də işıqsız və qazsızdır. Hökumət təbii fəlakət zamanı zərər çəkmiş insanlara yardım məqsədilə tədbirlər görür. Lakin fəlakət zonasında yaşayanlar hökuməti daşqınlarla mübarizədə səriştəsizlikdə ittiham ediblər. La Plata sakinləri əraziyə gələn qubernatorun maşınına hücum ediblər. Onların sözlərinə görə, hökumət daşqın zamanı onları taleyin hökmünə buraxıb.
