Türkiyənin Daun Sindromlu Milli Basketbol Komandası Daun Sindromlu İnsanlar üçün II Dünya İdman Oyunlarında (Trisome Games) finalda İtaliyaya məğlub olaraq ikinci olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Antalya İdman Salonunda oynanan qarşılaşmada ilk dövrəni 5-3 öndə tamamlayan milli komanda ilk yarıya 7-9 geridə girib.
Üçüncü rübü 10-12 hesabı ilə 2 xal geridə bağlayan ay-ulduzlu komanda matçdan 17-18 hesabı ilə məğlub ayrılıb.
Bu nəticədən sonra İtaliya turniri çempion, Türkiyə ikinci, Macarıstan isə üçüncü olub.
Matçın sonunda jurnalistlərə açıqlama verən Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasının prezidenti Birol Aydın:
"Məğlub olduq, amma çox yaxşı oynadıq, bəxtimiz gətirmədi. Qardaşlıq burada qalib gəldi. İtaliya daha təcrübəlidir. Biz yeni qurulmuş komandayıq və yeni qurulan komandanın finalda oynaması çox gözəl haldır. Bu gün ikinci yerlə kifayətləndik, amma görəcəksiniz ki, bu komanda da dünya çempionu olacaq" deyib.
Oksana