Daxili İşlər Naziri deputata əsəbiləşdi: “Orada şəhid veririk, sən isə boş-boş gülürsən” - VİDEO

Daxili İşlər Naziri deputata əsəbiləşdi: “Orada şəhid veririk, sən isə boş-boş gülürsən” - VİDEO
DÜNYA
14:23 22.11.2021
8772
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata  "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən” deyərək reaksiya verib.

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb. 

Daxili işlər naziri Süleyman Soylu nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı təqdimatına başlayıb. Soylu Türkiyədəki terrorçuların ümumi sayını açıqlayıb.
 
Süleyman Soylu bildirib ki, Türkiyədə terrorçuların ümumi sayı 180-dən aşağı düşüb.
 
Ayşən Mirzəyeva
 
OXŞAR XƏBƏRLƏR