Daxili İşlər Nazirliyi Bakıdakı mitinq barədə rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıdakı mitinq barədə rəsmi məlumat yaydı
Bütün Xəbərlər
17:46 17.03.2012
1946

Daxili İşlər Nazirrliyi bu gün Bakıda bir qrup gənc tərəfindən keçirilən mitinq barədə rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumatda deyilir:

”Bu gün özünü Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Saat 15:00-dan 17.00-dək davam edən toplantıda AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif yönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

OXŞAR XƏBƏRLƏR