“Daxili işlər orqanları adekvat reaksiya verməyə hazır olmalıdır” - İlham Əliyev

“Daxili işlər orqanları adekvat reaksiya verməyə hazır olmalıdır” - İlham Əliyev
SİYASƏT
15:21 20.07.2018
7457

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, prezident müraciətində Şuranın növbəti iclasının işinə uğurlar arzulayıb. Bildirib ki, bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir.

"Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin etmişdir. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artmışdır.

 

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar.

Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir. Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk.

Daxili İşlər Nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır. Bu gün Azərbaycan, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir. Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcəkdir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”