Daxili orqanlarında narkotik keçirmək istəyən 13 azərbaycanlı qadın tutuldu

KRİMİNAL
16:24 21.11.2014
2547
İrandan ölkəmizə daxili orqanlarında narkotik vasitə keçirmək istəyən 13 azərbaycanlı qadın tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə bildiriblər ki, 2014-cü il yanvarın 10-dən noyabrın 21-dək Azərbaycan vətəndaşları tərəfindən daxili orqanlarında narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinə cəhd edilməsi ilə bağlı gömrükçülər tərəfindən 38 fakt aşkarlanıb.
Nəticədə daxili bədən boşluqlarında gizlədilməklə keçirilməsinə cəhd edilən 3 kiloqram 736 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
DGK-dan bildiriblər ki, təəssüf doğuran hallardan biri də bu işlərə qadınların cəlb edilməsidir. Belə ki, cari ildə 13 qadın bu üsulla narkotik vasitələri keçirməyə cəhd göstərib.

OXŞAR XƏBƏRLƏR