Dayə 1 yaşlı uşağı soyundurub, oxlovla döydü - VİDEO - FOTO

Dayə 1 yaşlı uşağı soyundurub, oxlovla döydü - VİDEO - FOTO
DÜNYA
14:35 28.02.2018
8586
18 aylıq qızlarının bədənində ləkələr görən valideynlər dayənin onu döydüyündən şübhələniblər.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, onlar evə gizli kamera quraşdırıblar. Kameraya düşən görüntülər valideynləri dəhşətə gətirib. Belə ki, dayə uşağı soyundurub, onu oxlovla döyüb.

Kadrlar Hindistanın Pəncab vilayətinin yaxınlığında çəkilib. Valideynlər Parveen adlı 35 yaşlı dayəni polisə veriblər. Dayə saxlanılıb. O, ifadəsində uşağı sakitləşdirmək üçün döydüyünü etiraf edib.

Həmin görüntüləri təqdim edirik:
 

 

 

 


OXŞAR XƏBƏRLƏR