Mayın 23-də dayısı tərəfindən baltalanan Ağdaş rayonunun Kükəl kənd sakini Mustafa Sofiyevin vəziyyəti stabildir.
Səhiyyə Nazirliyindən lent.az-a verilən məlumata görə, 38 yaşlı Mustafa Sofiyevin vəziyyəti stabildir və sağalmağa doğru gedir.
Bildirək ki, M.Sofiyevin dayısı Cavid İbrahimov münaqişə zamanı onun bədəninin müxtəlif nahiyələrinə çapacaqla (ət dəhrəsi) zərbə endirib. Hadisə haqqında məlumat daxil olan kimi yaralı Təcili Tibbi yardımla Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.