Dayısını öldürən müğənni efirdə - “Məni söydü…”

Dayısını öldürən müğənni efirdə - “Məni söydü…”
SOSİAL
16:11 29.05.2018
4895
"Rezonans” verilişi bu dəfə məhbus müğənni Səbuhi Hüseynovun həbsxana hekayələrini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, 12 il həbs cəzası verilən ifaçı dayısını hansı səbəbdən qətlə yetirdiyini nəql edib: 

"5 il musiqi məktəbində oxumuşam. Atam musiqiçi olub. Mən də musiqi ilə məşğul olmuşam. Ailəliyəm. Həbsdə olsam da musiqi ilə məşğulam. Bu hadisə 2013-cü ildə baş verdi. Doğma dayımla münaqişəmiz oldu. Mən inanmazdım ki, başıma belə bir şey gələcək. Onlara qonaq getmişdim. Aramızda söhbət oldu, məni söydü. Onların evində problemlər var idi. Tez əsəbləşirdi.

Özü məcbur elədi ki, mən bu hadisəni edim. Ona dəfələrlə xəbərdarlıq etmişdik. Anama, atama demişdim ki, o bizə gəlməsin. Dayımı heç kim başa salmadı ki, belə etmək olmaz. Nəticədə cinayət baş verdi. Peşmanam, Kaş ki zamanı geri edə bilərdik. Danışıq yolu ilə həll etmək olardı”.
 
Qeyd edək ki, qətl hadisəsi Neftçalada baş verib. S. Hüseynov doğma rayonunda müğənni kimi tanınıb.
 

OXŞAR XƏBƏRLƏR