De Byazi: "Onlar İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar"

İDMAN
20:24 12.04.2023
289
"Yığmalar arasında fərq ondan ibarətdir ki, onların futbolçuları İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzduqları səfər oyunları barədə İtaliya mətbuatına açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, hər iki matçda kifayət qədər yaxşı oynasalar da, məğlubiyyətdən qaça bilməyiblər: "Uduzmağa nifrət edirəm, amma futbolda hər şey ola bilər".

İtaliyalı mütəxəssis aprelin 13-də Bakıya qayıdacağını söyləyib.

Qeyd edək ki, sabah AFFA İcraiyyə Komitəsinin iclası olacaq və Canni De Byazi milli assosiasiya rəhbərliyinə hesabat verəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR