De Byazi: “Oyunçularıma Ronaldudan qorxmamağı tapşırmışam”

De Byazi: “Oyunçularıma Ronaldudan qorxmamağı tapşırmışam”
İDMAN
13:40 24.03.2021
508
"Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq”. 

Bunu futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin "Repubblica” nəşrinə bildirib.

Nəşrin Azərbaycan futbolçularının Kriştianu Ronalduya qarşı oynamağın çətin olacağı barədə sualına De Byazi belə cavab verib:  

"Tək Kriştianu deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq”.
OXŞAR XƏBƏRLƏR