"İtaliyalı Roberto De Zerbi "Tottenhem Hotspur"un yeni baş məşqçisi olacaq".
Bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində bildirib.
Mənbənin məlumatına görə, mütəxəssisin London klubu ilə müqaviləsi beş il üçün nəzərdə tutulub. Hazırda De Zerbi və "Tottenhem" məşqçilər heyətinin formalaşdırılması üzərində işləyirlər.
Xatırladaq ki, martın 29-da "Tottenhem" baş məşqçi İqor Tudoru istefaya göndərib.










































