Dubayda pakistanlı ailənin toyu sosial mediada reaksiyalara səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Dubayda keçirilən pakistanlı iş adamının qızının dəbdəbəli toy görüntüləri sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə gəlinin nəhəng tərəzinin bir tərəfinə oturduğu, digər tərəfinə isə qızıl külçələrin qoyulduğu əks olunub.
Bildirilib ki, sözügedən toy əvvəlcə yaxta şənliyi ilə başlayıb. Sonra Bollivud gecəsi, mehndi (toy mərasimi), baraat (bəy yürüşü) və vəlimə (nikah ziyafəti) daxil olmaqla bütün ənənəvi mərasimlər yerinə yetirilib.
10 günə qədər davam edən toy sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Yoxsulluqla mübarizə aparıldığı bir zamanda belə ailələrin həddindən artıq israfçılıq etməsi qınanılıb. Gəlinin dəyərinin qızılla ölçülməsinin düzgün olmadığını da yazıblar.
Çoxsaylı tənqidlərin olduğunu görən ailə görüntülərdəkinin qızıl yox, qızılla örtülmüş külçələr olduğunu açıqlayıb.
Şəbnəm