"Dedi, get qardaşının meyitini qamışlıqdan götür” - Bacısına görə...

"Dedi, get qardaşının meyitini qamışlıqdan götür” - Bacısına görə...
SOSİAL
17:50 18.04.2017
12579
Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər zala daxil olan zaman şahidləri zaldan çıxartdırıb. Bu zaman zərərçəkən tərəflə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
 
Zərərçəkmiş Mahir Quliyevin qardaşı təqsirləndirilən şəxsi ağır söyüşlərlə kəskin təhqir edib. Hakim tərəfləri sakitləşdirib. Həmçinin onlara xəbərdarlıq edib. Bildirib ki, məhkəmə gedişini pozacaqları təqdirdə hamını zaldan çıxardacaq.
 
Məhkəmə istintaqı açıq elan edilib.
 
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
 
O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, öldürdüyü şəxs dayısı oğlu olub: "Bacım başqasına sözlü idi. Lakin Mahir bacımı götürüb qaçırtdı. Bu mənə pis təsir elədi. Mahiri tapdım sözümü dedim və bıçaqla vurub öldürdüm".
 
Hakim bildirib ki, şahid ifadələrində var ki, Mahir Quliyev ilə təqsirləndirilən şəxsin bacısı bir-birini çoxdan sevib: "Sən indiyə qədər sevgi nədir bilibsən? Bax adamlar bir-birini sevir, sən niyə belə hərəkət etdin? Yad deyildi ki, doğmaca dayın oğlu idi. İndi bir nəsli bir-birinə düşmən eləməsin. Buna görə də adam öldürərlər? Bacını da bədbəxt etdin, onun günahı nə idi ki?”
 
Nurlan Quliyev bu sevgidən xəbərsiz olduğunu deyib: "Elə şeyi mən bilmirəm. Xəbərim yox idi".
 
Prokuror qeyd edib ki, qız da ifadəsində öz razılığı ilə Mahir Quliyevlə qaçıb: "İfadəsində deyir ki, uzun müddət dayısıoğlu ilə telefonla danışıb. Bir birilərini sevib. Hətta qaçan zaman paltarlarını yığıb. Öz razılığı ilə gedib. Bax bizə maraqlıdır ki, sən niyə görə Mahir Quliyevi öldürübsən? 8 bıçaq vurmusan. Birini vuranda bəs eləmirdi?"

Təqsirləndirilən şəxs suallara cavab verməyib.
 
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi ölən şəxsin qardaşı Səxavət Quliyev ifadə verib: "Nurlan bacısının namusunu çəkən oğlan deyil. Onun bacısı əvvəllər başqa bir oğlanla telefonda danışıb. Bunu da Nurlan bilib. Amma heç nə etməyib. Əgər namus davası edirdisə, bacısının telefonda danışdığı oğlanı öldürərdi”
 
Hakim qeyd edib ki, ittiham üzrə danışın.
 
Səxavət Quliyev bildirib ki, maşın bazarında çalışır: "Maşın bazarında işləyirdim. Əmim zəng elədi ki, bu şərəfsiz Ağdamdan çıxıb Bakıya gəlib. Evə gəldim. Dedim ki, evə gəlsə birinci mən çıxaram, qardaşımla mübahisə eləməsinə qoymaram. Evdə oturmuşdum. Gördüm qapı döyüldü. Çıxdım evdən çölə. Gördüm bu gəlib. Dedi qardaşın lazımdı. Qardaşımın evdə olmadığını, hansı səbəbdən onu axtardığını soruşdum. Dedim ki, bacını qardaşım zorla gətirməyib, öz istəyi gəlib. Həm də biz qohum olduğumuzu yadına saldım. İki gənc birini sevib. Qohumuq axı həm də. Özü də qız qaçırmaq biz tərəfdə bir adətdir. Nurlan dedi ki, 10 dəqiqə qardaşını görüm gedim. Qardaşımı çağırdım. İnanmazdım belə bir şey eləyər. Atamın qəbrinə and içdi ki, heç nə olmayacaq. Körpünün altına getdilər. Qıraqda durmuşdum. Onlar söhbət elədilər. Vaqon vardı ora girdilər. Mahirlə dədəmin qəbrinə getdilər. Orda söhbəti çürütmək istədilər. Əmim də dəqiqədə bir zəng edib, ehtiyatlı olmamı deyirdi. Söhbətləri qurtardı. Nurlanı çəkdim qırağa. Dedim bax, söhbətini elədin, indi çıx get. Hətta cibimdən pul çıxardıb cibinə də basdım ki, birdən rayona qayıtmağa pulu olmaz. Dedim rayona çatan kimi mənə xəbər elə. Axşam 12-1 arası zəng elədim, dedi avtovağzaldayam, taksini gözləyirəm. Yatdım, səhər 7-8 arası zəng gəldi. Yoldaşım telefonu verdi. Nurlan idi. Dedi ki, get qardaşının meyitini qamışlıqdan götür”.
 
Məhkəmə zamanı ölən Mahir Quliyevin anası Gözəl Quliyeva ifadə verib. O dindirilən zaman oğlunun qatilinə ömürlük cəza tələb edib: "Bunun bacısı zəng edib oğlumu çağırdı. Dedi ki, başqasına verirlər. İkisi də bir-birini seviblər. Oğlum gedib qızı gətirdi. Hadisədən 2 ay sonra bu gəlib. Oğlumu aldadıb evdən çıxardı. Səhər açılanda bu şərəfsiz oğlumu vəhşicəsinə öldürüb. Buna ömürlük həbs verin. Xahiş edirəm, 25 yaşlı oğlumu öldürdü, bu da çürüsün türmələrdə".
  
Səxavət Quliyevin həyat yoldaşı Gülnar Quliyeva isə ifadəsində bunları dedi: "Səhər saat 7-8 radələri idi. Yoldaşıma zəng gəldi. Telefonu yoldaşıma verdim. Nurlan Mahiri öldürdüyünü dedi. Tez qaçıb getdi”.
 
Proses aprelin 25-i təyin edilib.
 
Qeyd edək ki, qətl keçən il sentyabrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib.
 
21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
 
N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.
 
Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. On Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər