"Dedi, xoşunuz gəlmir, uçmayın" - Deputatdan "Wizz.air"ə ittiham

"Dedi, xoşunuz gəlmir, uçmayın" - Deputatdan "Wizz.air"ə ittiham
SOSİAL
10:28 21.02.2017
1997

 

Deputat Fazil Mustafa Wizz.air şirkətini sərnişinlərdən əlavə pul almaqda və kobud davranışda ittiham edib.

 

AZXEBER.COM-uın məlumatına görə, deputat öz facebook səhifəsində bu gün özünün qarşılaşdığı hadisəni yazıb: "Bu gün sübh tezdən Heydər Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. Wizz.air şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik.

Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib. Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı onların şirkəti müəyyən edib və 30 avro məbləğində cərimə ödəməliyik. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm.

Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik." Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!" Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq