“Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq” - Prezident

“Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq” - Prezident
SİYASƏT
11:06 25.04.2024
439
"Rusiya sülhməramlılarına gəlincə, Rusiya və Azərbaycan prezident administrasiyaları tərəfindən artıq açıqlama verilib ki, onlar Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk edirlər. Bu, Rusiya və Azərbaycan liderlərinin birgə qərarı idi”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

"Mən, həmçinin sizə bu məsələ ilə bağlı necə danışıqlar apardığımız barədə məlumat verə bilərəm. Düşünürəm ki, bu, maraqlı olardı. Mən artıq bir neçə dəfə azərbaycanlı jurnalistlərlə görüşlərimdə açıqlamışam ki, noyabrın 9-u günü biz Prezident Putinin vasitəçiliyi ilə, - çünki bizim erməni həmkarımızla heç bir təmasımız yox idi, - üçtərəfli Bəyanatla bağlı danışıqlar zamanı bir neçə telefon danışığı apararaq üçtərəfli Bəyanatın hər bir bəndini razılaşdırdıq. Ona görə də bu, demək olar ki, noyabrın 10-u səhərədək davam etdi. Ona görə biz həmişə deyirik ki, Bəyanat noyabrın 10-da imzalanıb. Çünki artıq Bakı vaxtı ilə gecə saat 2 və ya 3-ün yarısı idi. Rusiya sülhməramlıları məsələsi təqdim olunmuşdu və Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Başqa sözlə, onlar orada həmişəlik qalmalıdırlar. Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək.

Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu. Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik. Beləliklə, 5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu. Əgər həmin cədvəlimiz olmasaydı, vəziyyət necə olardı, biz bunu ancaq təxmin edə bilərik. Amma yenə də qeyd edirəm ki, qoşunların vaxtından əvvəl çıxarılması Azərbaycanla Rusiya arasında məsləhətləşmələrə əsasən qəbul olunmuş qərar idi. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir. Bizim mövqeyimiz ondan ibarət idi ki, əgər orada 2025-ci ilin noyabrı yazılıbsa, bu, elə 2025-ci ilin noyabrı da olmalıdır. Lakin, eyni zamanda, hər iki tərəf - Rusiya və Azərbaycan açıq-aydın başa düşürdü ki, əslində, onlar daha tez tərk edə bilərlər. Lakin yenə də bu, birgə verilmiş qərar idi və düşünürəm ki, bu qərar Rusiya-Azərbaycan əlaqələrini yalnız gücləndirdi”, - dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib