Xəbər verdiyimiz kimi, Aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.
AZXEBER.COM xəbər verir ki, forumda dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sosial media hesabında Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsvirinə görə Rəsmi Bakıdan necə üzr istənilməsindən danışıb.
Prezident İlham Əliyev bildirib ki, əgər üzrxahlıq olmasaydı, onda Ştaynmayerin ölkəmizə səfərinin tarixi dəyişə bilərdi.