Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya Liberal Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovskinin prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Novruz Məmmədov tvitter hesabında Jirinovskiyə təşəkkür edib: ”
Azərbaycan, onun Ümummilli Lideri və prezident İlham Əliyev haqqında “Россия 24”-də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm. “РБК” kanalında bəzi jurnalistlər «Россия 24»də baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var. Amma görünür ki, “РБК”nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez “səhv salırlar”.