"Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət etsək də..."

"Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət etsək də..."
İQTİSADİYYAT
16:29 27.04.2016
1844
Onlarla müəllimin hüququ Kapital Bankın Sabirabad filialı və Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva tərəfindən kobud şəkildə pozulub. 
AZXEBER.COM-un məlumatına görə, bu barədə Moderator.az- a zərərçəkən müəllimlər məlumat verib.
2015-ci ilin iyulun 1-də zərərçəkən müəllimlər Sabirabad Prokurorluğuna şikayət ediblər. «Diləfruz Mustafayevaya müəllimlərə qarşı dələduzluq etməsi faktına görə, 15.07.2015-ci ildə CPM-in 178.2.4-cü maddəsiylə Sabirabad Polis Şöbəsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi açılıb. 02.09.2015-ci ildə yerli məhkəmə onu günahkar bilərək (CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə ) 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdi. Lakin kimlərsə külli miqdarda dövlət vəsaitini mənimsəmiş direktoru həbsdən buraxdırmağı bacarıb», 8 aydır ki cinayətkar direktora ev dustaqlığı verilib.
Bu cinayət işində rayonun bir neçə vəzifəli şəxsinin də adı keçir. Sabirabad Prokurorluğunda sabiq direktora qarşı cinayət işinə əlavə 308.1 maddəsi ilə də iş qaldırılıb. «Amma işin Rayon daxilində düzgün aparılmaması səbəbindən zərərçəkən müəllimlər Baş Prokuorluğa müraciət etmişdilər. Nəticədə iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib». Korrupsiyanın müstəntiqi isə demək olar ki, işin 80 faizini yerinə yetirib.Bircə qalıb Bankın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb etmək və işi məhkəməyə ötürmək.
Mart ayında müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də məhkəmə qəbul etməyib. Əsas kimi isə yazılan ərizələrin doğru olmaması göstərilib. Daha doğrusu, ərizələrin yazılışının yanlış olduğunu vurğulayıblar. Maraqlıdır ki, dövlət büdcəsindən 500 000 manat pul mənimsəyən sabiq direktorun ev dustaqlığı müddəti Sabirabad Məhkəməsinin sədri Qarayev Malik tərəfindən artırıla bilir, amma haqlarını tələb edən müəllimlərin şikayət hüquqları əllərindən alır.
Müəllimlər deyir ki, cinayət işi qaldırılmasından 9 ay keçir. Lakin buna baxmayaraq, nə proses yekunlaşır, nə də müəllimlər həmin vaxtdan bəri maaşlarını ala bilmirlər. Çünki Kapital Bankın Sabirabad filialı onların kartlarına köçürülmüş maaşlarını tutaraq, onları kredit ödənişlərinə cəlb edir. «Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət edərək, problemin aradan qaldırılmasını istəmişik. Lakin heç bir xeyri olmayıb. Halbuki Diləfruz Mustafayevanın törətdiyi cinayətin şərikləri elə Kapital Bankın Sabirabad filialının əməkdaşlarıdır».
Əgər cinayət işini aparan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinın müstəntiqi ekspertiza mərhələsindən sonra, yəni may ayında cinayət işini məhkəməyə ötürərsə, sabiq direktorla bank işçilərinin cinayət tərkibli əməllərinə görə həbs olunarlarsa, zərərçəkmiş müəllimlərin də plastik kartlarından qanunsuz tutulmalar dayandırılacaq, hələ üstəlik dəymiş ziyan da ödətdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb