Braziliyada xəstəxanada müalicə alan Xose Ribeyronun noyabrın 29-da dünyasını dəyişdiyi açıqlanıb. Lakin dəfn mərasimi zamanı adamı tabuta qoyarkən eşidilən nəfəs səsləri otaqdakı şəxsləri qorxudub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Xose Ribeyro adlı şəxs fevral ayında dil xərçəngi xəstəliyi ilə xəstəxanaya yerləşdirilsə də, müalicə prosesindən sonra həkimlər Ribeyronun öldüyünü bildirib.
62 yaşlı kişi 5 saat morqda saxlanılıb. O, meyitxanadan çıxarılarkən tabuta qoyulub, lakin daha sonra gözləri hərəkət edərkən və nəfəs alarkən kişinin sağ olduğu anlaşılıb. Dərhal xəstəxanaya yerləşdirilən kişi yenidən müalicələrə başlasa da, 2 gün sonra ölüb.
Ribeyronun ölüm şəhadətnaməsini imzalayan həkim o vaxtdan işdən çıxarılıb və hazırda qətldə şübhəli bilinərək saxlanılıb.
Ayşən