Yəməndə 8 yaşlı uşaq-gəlin toy gecə aldığı cinsi travmaya görə ölüb.
Beynəlxalq insan hüquqları təşkilatları Yəmən hökumətini həmin uşağın ərini həbs etməyə səsləyir. 8 yaşlı uşağı özünə arvad edən və onun ölümünə səbəb olan kişinin isə 40 yaşı olduğu deyilir.
Məlumatda bildirilir ki, Yəməndə dünyaya gələn qızların 4-dən 1-i 15 yaşından daha tez ərə verilir. Bununla uşaqların səhiyyə və təhsil hüquqları pozulur. Eyni zamanda özlərindən dəfələrlə böyük kişilərə ərə verilən həmin qızlar ağır fiziki və psixoloji travma da alırlar.
Onu da qeyd edək ki, 2009-cu ildə qəbul edilən qərara görə, Yəməndə qızların evlilik yaşı 17 olaraq müəyyənləşdirilib.(Ailem.az)