DƏHŞƏT:- Ata 5 qızını zorlayıb?

DƏHŞƏT:-  Ata 5 qızını zorlayıb?
DÜNYA
13:59 12.11.2013
3645
İstanbulun Zeytinburnu səmtində yaşayan M.Y. ilə bağlı deyilənlər Türkiyədə şok effekti yaradıb. O, 5 qızına sürəkli, illərlə təcavüz etməkdə suçlanır.
Atasının təcavüzünə uğrayan qızlardan biri, 37 yaşlı A.Y. məhkəmədə ifadə verərkən ağlayıb: "Bu murdarın cəzası yoxmu? Niyə kimsə onu dayandırmadı?!"
A.Y.-nin dediyinə görə, özü ilə yanaşı, 11 və 12 yaşlı iki bacısı sürəkli olaraq atasının təcavüzlərinə uğrayıb.
Onun bacıları dərin psixoloji şok keçirdikləri üçün psixoloq nəzarətindədir.
Təcavüzkar ata M.Y. isə hələ də həbs olunmayıb. O, qızlarının şikayətlərindən sonra tutulsa da, məhkəməyə qədər sərbəst buraxılıb.
Bakırköy prokurorluğundan verilən məlumata görə, olay 11 yaşlı B.-nin atası tərəfindən zorlanması faktı qızın başına gələnləri böyük bacısına, sonra da bibilərinə danışmasından sonra aşkanlanıb. M.Y. 11 yaşlı B və 13 yaşıl Ö. ilə yanaşı, ilk arvadından olan N.-nı da zorlayıb. Daha sonra məlum olub ki, M.Y. 37 yaşlı qızı A.Y-ya da dəfələrlə təcavüz edibmiş.
A.Y.-nın dediyinə görə, atası M.Y. iki ay sərasər onu döyüb, təcavüz edib: "Mənə deyirdi ki, başıma gətirdikləri barədə kimsəyə nəsə desəm, anamın başını kəsəcək. Mən də anama ünvanlanan təhdidlərdən qorxaraq susurdum. Sonra məni xalamın oğluna ərə verdilər. Atamın mənə təcavüz etdiyi dönəmdə həyatdan bezmişdim. İntihar etmək istəyirdim".
11 yaşlı Ö. və 13 yaşlı B. ilə bağlı psixoloq rəyində isə bildirilir: "Uşaqların təcavüzə məruz qaldıqları təsdiqləndi. Onlar çox ağır psixoloji şokdadırlar. İştahları pisdir, yata bilmirlər. Gecələr kabus görür, sürəkli ağlayırlar. Onlar təcavüzü unuda bilmirlər".
37 yaşıl A.Y. atasının dərhal həbs olunmasını tələb edir.
"Bizi hədələyir, polisə və məhkəməyə ifadə verməməyimizi istəyir. Bizi öldürmək üçün tapança da alıb. Axı nə üçün kimsə onun qarşısını kəsmir, niyə onu həbs etmirlər?!"
M.Y. isə polisə verdiyi ifadəsində bildirib ki, ikinci arvadından ona qalan mənzili ələ keçirmək üçün qızları ona böhtan atır.
"Dedikləri ağ yalandır. Onların iddiaları ilə qarşılaşmaqdansa ölməyi üstün tuturam. Nə günahım var ki, belə murdar böhtanlara, iftiralara məruz qaldım?! Bütün bunlar birinci arvadım və ondan olan qızlarımın oyunudur. Boşanmaq istədiyimi deyəndə işə başlayıblar", - M.Y. deyib.
(milli.az)
OXŞAR XƏBƏRLƏR