Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı silahlı mübarizə apraran müxalifətçilərin sırasında vuruşan "Əl Qaida" terror təşkilatının üzvləri daha bir dəhşətli cinayət törədiblər.
Milli.Az Reuters-ə istinadən bildirir ki, onlar B.Əsəd tərəfdarı olduğu deyilən bir insanın başını kəsəndən sonra "zarafat" etmək qərarına gəliblər və videokamera qarşısında kəsik başı "yemləməyə" başlayıblar.
İranın Press TV telekanalının yaydığı videoda "Əl Qaida" mənsublarından biri deyir: "Bu adam sağlığında ac idi. İndi ona çörək yedirməyə çalışırıq".