54 yaşlı əməliyyat olunduqdan 5 gün sonra evə buraxılıb və 35 kiloqram arıqlayıb
İnsan orqanizmində olan dünyanın ən böyük bədxassəli şişlərindən biri əməliyyat edilib. ANS PRESS-in verdiyi məlumata görə, şiş 54 yaşlı Argentinanın Buenes-Ayres şəhəri sakini olan qadının qarnında olub.Xəstəxanaya müraciəet edən qarnındakı şiş o qədər böyük olub ki, o nəinki əyilə, heç gəzə də bilməyib.Müayinə nəticəsində məlum olub ki, bədxassəsli şiş 18 ay bundan öncə qadının uşağlığında yaranıb.Həkimlərin təhlükəli adlandırdığı əməliyyat 4 saat davam edib və uğurla nəticələnib. Cərrah briqadasının rəhbəri Oskar Lopes bildirib ki, nə tibbi ədəbiyyatda, nə də internetdə belə qorxulu şişin təsvirini tapa bilməyib. Bundan öncə ən ağır şiş 4 kiloqram çəkisində olub.Həkimin sözlərinə görə, uşaqlıqda olan şişir ölçüsü ana bətnində olan 5 uşağın çəkisinə bərabər olub.Qadın əməliyyatdan 5 gün sonra evə buraxılıb və 35 kiloqram arıqlayıb.