DƏHŞƏT: qadınları diri-diri yandırırlar - FOTO-VİDEO

DƏHŞƏT: qadınları diri-diri yandırırlar - FOTO-VİDEO
DÜNYA
14:35 13.02.2014
2313
Yeni Qvineyada cadugar qadınları zülm ilə öldürürlər
Müasir zaman olmasına baxmayaraq, hələ də dünyada cadu il məşğul olan və müstikaya inanan insanlar var. Dəhşət orasındadır ki, Yeni Qvineyada belə cadugar qadınları diri-diri yandırırlar.
ANS PRESS-in məlumatına görə, bəzi qəbilələr cadu ilə məşğul olan qadınların lənətləndiyini deyir. Buna görə də, lənətlənən qadınları sadəcə öldürməklə kifayətlənmirlər. Bu qəbilələr cadugar qadınları əzabla öldürməyi vacib sayırlar. Onlar qadını döyür, onların bədən üzvlərini kəsir, bədəninə isti dəmirlər yapışdırırlar.
Daha sonra qadını küçənin ortasında dəmirə bağlayırlar. Üzərinə yandırıcı maddə tökürlər. Sonra isə qadını diri-diri yandırmağa başlayırlar. Onların fikirincə, cadugar qadının alovundan çıxan tüstü onun pis niyyətlərini məhv edir.
Daha sonra yanan külü xarabalıqda dağıdırlar.
OXŞAR XƏBƏRLƏR