Dəllal qızlar üçün ilkin olaraq 500 Türk lirəsi (təxminən 200 manat) tələb edirlər
Suriyadan Türkiyəyə qaçan ailələrin bəziləri azyaşlı qızlarını yüksək məbləğ qarşılığında yaşlı kişilərə satırlar.Anspress-in verdiyi məlumata görə, Qaziantep və Kilis vilayətlərində tüğyan edən insan alveri gizlin kameralarla çəkilərək kütləvi informasiya vasitələrində yayılıb.Qızların satışını xüsusi dəllallar həyata keçirirlər. Onlar zəngin və yaşlı müştərilər tapır.