Dəhşətli hadisə - Ata ağladığına görə 2 yaşlı uşağın qolunu sındırdı

Dəhşətli hadisə - Ata ağladığına görə 2 yaşlı uşağın qolunu sındırdı
DÜNYA
11:40 28.10.2022
403
31 yaşlı ata ağlayaraq yuxusunu pozan 2 aylıq körpəsinin qolunu sındırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Nigeriya Imo əyalətində baş verib.

Ata daha sonra ağrıdan ağlayan körpəni başqa otağa salıb. O, buna mane olmağa çalışan arvadını da döyüb.

2 gün körpəni xəstəxanaya aparmağa icazə verməyən ata daha sonra evdən qaçıb. Ana isə qolu göyərən körpəni dərhal xəstəxanaya aparıb. Körpənin qolunun kəsildiyi, qatil atasının hər yerdə axtarıldığı bildirilib.

Məlumata görə, xeyli borcu olan, psixologiyası pozulan şəxsin bu hərəkəti bütün dünyada qəzəbə səbəb olub.
 
Aydın
OXŞAR XƏBƏRLƏR