Dəhşətli hadisə: İanə qutusundan insan kəlləsi tapıldı

Dəhşətli hadisə: İanə qutusundan insan kəlləsi tapıldı
DÜNYA
12:21 08.09.2023
258
ABŞ-ın Arizona ştatında "Goodwill" qeyri-kommersiya təşkilatına edilən ianələr arasında insan kəlləsi tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Goodwill" mağazasında ianə qutusunda insan kəlləsi aşkar edən işçilər polisə müraciət ediblər.

Xəbərdən sonra mağazaya gələn polis kəlləni müayinə üçün götürüb.

Üst çənədəki bəzi dişlərin hələ də yerində olması, kəllə sümüyünün ləkələrlə örtülmüş sol göz yuvasına saxta gözün qoyulması diqqət çəkib.

Polis ilkin müayinədə "əslliyi təsdiqlənən" kəllə sümüyünün kifayət qədər köhnə olduğunu və heç bir cinayətlə əlaqəsi olmadığını və bunun məhkəmə-tibbi əhəmiyyət daşımadığını açıqlayıb.

Donoru bilinməyən kəllə sümüyünün müayinədən sonra aqibətinin necə olacağı hələ müəyyən edilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR