ABŞ-da orta məktəb şagirdi dərs zamanı oyun konsolunu götürən müəlliminə məktəb dəhlizində hücum edib.
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, şagirdinin təpiyi ilə yerə yıxılan qadın müəllim başına dəfələrlə təpiklə vurularaq huşunu itirib.
Yaralı müəllim xəstəxanaya aparılarkən, şagird saxlanılıb.
Hadisədən sonra xəsarət alan müəllim xəstəxanaya aparılıb. Polis şagirdin müəllimini ölümlə hədələdiyini bildirib. Məktəb rəhbərliyi açıqlamasında müəllimlərin və işçilərin təhlükəsizliyinin birinci prioritet olduğunu və istintaq prosesində polislə işləməyə davam edəcəklərini bildirib.
Mikayıl