Hindistanda yaşayan Ramandeep Kaur Mann adlı qadın əri Sukhjit Singhi öldürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məlum olub ki, qadın ərini öldürmək və sığortadan pul almaq üçün dəhşətli plan qurub.
2016-cı ilin sentyabrında qətldən sonra saxlanılan Mann ötən gün hakim qarşısına çıxıb. Məhkəmədə qətlin təfərrüatları və sübutlar təqdim edilərkən Mannın dəhşətli planı da üzə çıxıb.
Məhkəməyə təqdim edilən dəlillərdə qeyd olunub ki, cütlük tətildə olarkən qadın əri üçün hazırladığı düyüyə narkotik qatıb, beləliklə də onu yatdırıb. Daha sonra təxminən 2 milyon dollar sığorta pulu almaq üçün ərinin boğazını kəsərək öldürüb.
Sinqhin sevimli yeməyinin düyü olduğu da bildirilib.
Hakim qadını təqsirli bilib və ölüm cəzasına məhkum edib.
Ayşən