Dəhşətli kadrlar: "12 yaşım olanda anam bakirəliyimi satdı" - FOTO-VİDEO

DÜNYA
14:52 01.04.2014
5901
"Məni fahişəliyə anam vadar etdi. Bu çirkab, əzab, üşənti dolu həyata 12 yaşımda başladım. Çünki 12 yaşım olanda anam bakirəliyimi satdı".
 
İndi 17 yaşında olan Dara Keo başına gələnləri "Marie Claire" jurnalına danışıb.
 
"Anam Rotana məni sevdiyini deyirdi. Kasıbdı, yoxsuldu. Gündə cəmi 1 dollar qazanırdı. Borclarımız da çoxdu. Günlərin birində 62 yaşlı anam dedi ki, məni bolrclulara satmaq məcburiyyətindədir. Daha doğrusu, bizə borc vermiş adamlar o pulların müqabilində məni istəmişdilər. Anam ağlaya-ağlaya məni o kişilərə verdi. Xəstə, hər öskürəndə titrəyən anam ağlayırdı. Kişilər məni apardılar. Elə həmin gecə məni zorladılar.
Döydülər, sonra yenə zorladılar. Ertəsi gün isə məni müştərilərə satmağa başladılar. Beləcə, məni zorla fahişə etdilər", - Kambocada yaşayan 17 yaşlı Dara Keo söyləyib.
 
Onun sözlərinə görə, sonralar dəfələrlə cərrah yanına aparılıb və burada hemanoplastika, yəni bakirəliyin bərpası əməliyyatına məruz qalıb.
Kambocada "canlı mal" alverçiləri bu əməliyyatı çox sevirlər. Çünki onlar fahişəliyə cəlb etdikləri uşaqları və yeniyetmələri bu minvalla "bakirə qız" adı ilə müştəriyə daha baha qiymətə sata bilirlər.
 
Keonu sonra 63 yaşlı kişi alıb, hər gün bir neçə dəfə təcavüz edib.
Həmin adam siyasətçi idi. Keo hələ də qorxur və o adamın adını açıqlamır.
Kambocada indi minlərlə qız Dara Keonun taleyini təkrarlayır. Onlar "bakirə qız" adı ilə pullu adamlara, siyasətçilərə, hərbçilərə və polislərə satılırlar.
 
Bakirəliyin qiyməti isə 1500 dollardır. Bu məbləğ Kambocadakı yoxsul ailənin 4 illik gəliridir.
Dara satılanda isə ona 500 dollar "qiymət" verilib: 62 yaşlı Rotananın borcu bu qədər idi.
 
41 yaşlı Vannith Uyun dediyinə görə, Kambocanın paytaxtı Pnompendəki pivəxanalardan birində illərdir ki, işləyib.
"Burada uşaqlar və yeniyetmələr satılırlar. Aralarında dəfələrlə zorlananlar, illərlə fahişəliyə vadar edilənlər var ki, sonradan cərrah yanına aparılır, "bakirə" olurlar. Bu qızları da bir-iki həftəyə pullu adamlar, siyasətçilər, məmurlar alırlar".
 
Anasının satdığı Çamnan Sokun dediyinə görə, 18 yaşı olsa da, 5 ildən bəri fahişəlik edir: "Burada ən azı 50 qız tanıyıram ki, uşaq yaşlarında valideynləri tərəfindən satılıblar".
Çamnan Sok pivəxanada işləyən Vannith Uyun qızıdır.
 
Vannith borclara görə, borclarını ödəyə bilmədiyi üçün qızını 13 yaşında satıb.
 
OXŞAR XƏBƏRLƏR