Dəhşətli kadrlar: arvadını küçədə doğradı - VİDEO

DÜNYA
12:07 23.01.2014
2717
Çinin Şanxay şəhərində baş vermiş bu hadisə ölkəni lərzəyə salıb.
42 yaşlı Li Viançjişəhərin mərkəzi küçələrindən birində xanımı, 28 yaşlı Ven Sun ilə mübahisə etməyə başlayıb.
"Əxlaqsız murdar! Sən mənə xəyanət edirsən?!" - bağıran ər arvadını əvvəlcə yumruqlayıb, sonra təpikləməyə başlayıb.
Bununla da hirsi soyumayan Li Viançji cibindən çıxardığı bıçaqla arvadına zərbələr endirməyə başlayıb.
Çoxsaylı yaralar alan qadının qan içində olmasına fikir verməyən ər onu söyür, təpikləyirdi.
Polis Li Viançjini həbs edib.
Onun xanımı Ven Sun xəstəxanaya aparılıb. Həkimlərin dediklərinə görə, qadının vəziyyəti kritikdir: o, koma vəziyyətindədir və ölüm ayağındadır.(milli.az)
OXŞAR XƏBƏRLƏR