AZXEBER.COM Daily Mail-ə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri olduğu güman edilən maskalı şəxslər əsir aldıqları bir hərbçini vəhşicəsinə döyəndən sonra onun ayaqlarını skotçla bağlayır, sonra qazılmış məzara itələyib salırlar.Məzardakı zavallının qışqırtılarına məhəl qoymayanlar bellə onun üstünə torpaq atır, basdırırlar.Hərbçini basdırandan sonra torpaq yığınının üstünə "1 separ" yazılmış lövhənin bərkidildiyidəmir parçası basdırılır.Ukraynanın Müdafiə Nazirliyi videonun saxtakarlıq, separatçıların quramasıolduğunu bəyan edib. Ekspertlər isə vidonun real çəkiliş olduğuna şübhə etmirlər.Videonun Donetsk vilayətində çəkildiyi vurğulanır.Elə həmin regionda separatçılar əsir aldıqları bir şəxsi dirəyə bağlayaraq ölüncəyədək şallaqlamışdılar. Bu adam narkotik maddələr satmaqda suçlanırdı.