Kişi bir gündə 3 ailə üzvünü öldürdü

Kişi bir gündə 3 ailə üzvünü öldürdü
DÜNYA
15:18 20.07.2022
356
Kişi həyat yoldaşına, qayınanasına və qayınatasına bıçaqla xəsarət yetirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Muğla bölgəsinin Seydikemer rayonunda həyat yoldaşını, qayınanasını və qayınatasını bıçaqlayan şübhəli şəxs yaxalanıb.
 
Belə ki, Bayır Mahalında ailəsi ilə birlikdə olan həyat yoldaşı Merve S'nin (26) yanına gələn şübhəli M.S. (29) həyat yoldaşı, qayınanası Ülkü S. (63) və qayınatası Ramazan S. (71) ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.
 
Mübahisə davaya çevrildikdən sonra həyat yoldaşını, qayınanasını və qayınatasını bıçaqlayan şübhəli hadisə yerindən qaçıb.
 
Qonşularının xəbəri ilə hadisə yerinə gələn təcili tibbi Yardım briqadası yaralı 3 nəfəri xəstəxanaya aparıb.
 
Merve S-nin sağlamlıq vəziyyətinin yaxşı olduğu, Ülkü S. və Ramazan S-nin həyati təhlükəsinin davam etdiyi öyrənilib.
 
Qeyd edək ki, jandarma qruplarının başlatdığı istintaq ilə yaxalanan şübhəli polis bölməsinə aparılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR