Türkiyənin Afyonkarahisar vilayətində dəhşətli yol qəzası baş verib.
Sərnişin avtobusunun arxadan yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, 26 nəfər də yaralanıb.
Hadisə Kızılörən rayonunda, Afyonkarahisar-Antalya yolunda baş verib. Hadisə yerinə gələn xilasedicilər və mülki müdafiə əməkdaşları ölən və yaralıları avtobusdan 1 saat çalışdıqdan sonra çətinliklə çıxara biliblər. Qəzanın baş verməsinə səbəb kimi tur avtobusunun sürücüsünün sükan arxasında yuxulaması göstərilir. Afyonkarahisar-Antalya yolu da qəza ilə əlaqədar yarım saatlıq bağlanıb. Qəza ilə bağlı yük maşınının sürücüsü nəzarət altına alınıb.//anspress