Dəhşətli qəzada diri-diri yanan şəxslərin kimliyi məlum oldu

Dəhşətli qəzada diri-diri yanan şəxslərin kimliyi məlum oldu
SOSİAL
15:25 29.11.2019
3382
Ağcabədi rayonunda baş verən yol qəzasında yanaraq ölən və xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, rayonunun Avşar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21099" markalı avtomobildə yanaraq ölən şəxslər - rayon sakinləri 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdir.

Hadisə zamanı digər "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcəbədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan O.Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR