Sumqayıt yolunda dəhşətli qəza: bəyin qardaşı və dostu öldü - VİDEO

Sumqayıt yolunda dəhşətli qəza: bəyin qardaşı və dostu öldü - VİDEO
SOSİAL
13:40 30.11.2019
8199
Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi "Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi "Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub.

Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.

Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR