Dəhşətli qum fırtınası həyatı iflic etdi: Nəqliyyat, ticarət mərkəzləri bu hala düşdü

Dəhşətli qum fırtınası həyatı iflic etdi: Nəqliyyat, ticarət mərkəzləri bu hala düşdü
DÜNYA
14:36 31.05.2023
260
Səudiyyə Ərəbistanının Hafar Əl Batin şəhərində dəhşətli qum fırtınası həyatı iflic edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində nəqliyyat dayanıb, ticarət mərkəzləri qum buludlarına bürünüb.
  
Sıx qum buludu ticarət mərkəzinə daxil olarkən sakinlər qaçmağa çalışıblar.

Yaralıların sayı barədə məlumat verilməyən fırtınada yerli hakimiyyət orqanları təhlükəsiz qalmaq üçün əhaliyə evlərini tərk etməmələri və nəqliyyat vasitələrinin sürücülərini səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR