Dəhşətli statistika: Dünyada 700 milyondan çox insan aclıqla mübarizə aparır

Dəhşətli statistika: Dünyada 700 milyondan çox insan aclıqla mübarizə aparır
MARAQLI
12:31 20.06.2025
251
FAO-nun dərc etdiyi "Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Durumu” hesabatından toplanan məlumata görə, dünyanın "sıfır aclıq” hədəfinə çatmaqda hələ də ciddi şəkildə geri qaldığı bildirilir.

AZXEBER.COM xəbər verir ki, hesabata görə, 2023-cü ildə dünya əhalisinin təqribən 28,9 faizi və ya təxminən 2,33 milyard insan orta və ya yüksək səviyyədə qida çatışmazlığı ilə üzləşib. 2030-cu ilə qədər 582 milyon insanın xroniki qida çatışmazlığından əziyyət çəkəcəyi təxmin edilir.

Aclığa, qida təhlükəsizliyinə və qida çatışmazlığına son qoymaq məqsədinə çatmaq üçün getdikcə daha effektiv maliyyələşdirməyə ehtiyac olduğuna diqqət çəkən hesabatda, ehtiyac duyulan maliyyə açığının bir neçə trilyon dollara çata biləcəyi qeyd edilir.

Dünya Bankının iyunun 16-da dərc etdiyi yenilənmiş ərzaq təhlükəsizliyi məlumatlarına əsasən, aşağı və aşağı orta gəlirli ölkələrin əksəriyyətində yerli ərzaq qiymətləri inflyasiyası yüksək olmaqda davam edir.

Fevral-may dövründə ərzaq inflyasiyası aşağı gəlirli ölkələrdə 76,5 faiz, aşağı və orta gəlirli ölkələrdə 54,5 faiz, yuxarı-orta gəlirli ölkələrdə 45 faiz və yüksək gəlirli ölkələrdə 14,5 faizdən yuxarı olub.

161 ölkədən alınan məlumatların təhlilinə əsasən, ərzaq qiymətlərinin inflyasiyası ölkələrin 60 faizində ümumi inflyasiyadan yuxarıdır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR