Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü
DÜNYA
11:49 25.07.2017
1340
"Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb".

Bu barədə lent.az-a Krasnoyarskdakı diaspora fəallarından olan Nəsimi Həsənov bildirib.

Nəsimi müəllimin dediyinə görə, hazırda həlak olmuş həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi üçün müvafiq işlər aparılır.
 
"5 nəfərin sənədləşməsi işləri, habelə ekspertizası vaxt aparan məqamlardır. Ona görə, meyitlərin dərhal Azərbaycana göndərilməsi yubanır. Güman edirəm ki , sabah, uzağı biri günə meyitlər göndəriləcək", deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR