Dəhşətli yol qəzası 3 qardaşın həyatına son qoydu

Dəhşətli yol qəzası 3 qardaşın həyatına son qoydu
Bütün Xəbərlər
16:10 08.01.2013
1354
Zaqatala rayonunda ağır yol qəzası baş verib.Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, 4 nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası bu gün 13.00 radələrində Zaqatala-Muğanlı yolunun 14-cü kilometrliyində baş verib.

Zaqatala rayonu Muğanlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Pərvin Musa oğlunun idarə etdiyi «VAZ-21099» markalı, 10 GH 505 nişan dövlət nömrəli avtomobil Zaqatala şəhərindən Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü Pərvin İbrahimov, onun qardaşları 34 yaşlı Hüseyn, 22 yaşlı Elçin və digər sərnişin 32 yaşlı Qurban Qurbanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Q. Qurbanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya, digərləri isə cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR