Dekabrda itən 11 yaşlı Rasimin axtarışı davam edir - VİDEO

Dekabrda itən 11 yaşlı Rasimin axtarışı davam edir - VİDEO
SOSİAL
16:21 08.02.2024
311
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
 

 

OXŞAR XƏBƏRLƏR