“Dəli deyiləm ki, Terim kimi məşqçini səbəbsiz yerə komandadan göndərim”

İDMAN
19:40 27.09.2013
1738

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin istefaya göndərilməsi ilə bağlı müzakirələr hələ də səngimir.

AZXEBER.COM-un məlumatına görə, klub prezidenti Ünal Aysal təcrübəli çalışdırıcının gedişi ilə bağlı suallara aydınlıq gətirib. O bu məsələdə Terimin özünü günahlandırıb:

“Dəli deyiləm ki, belə uğurlu baş məşqçini səbəbsiz yerə komandadan göndərim. Amma son dövrlərdə yaşananlar artıq “Qalatasaray” ənənələrini çeynəyəcək dərəcəyə çatmışdı. “Beşiktaş”la oyundan əvvəl Fatih Terimə bir neçə dəfə zəng etdim, lakin o mənə cavab vermədi. Oyundan sonra düşündüm ki, bazar ertəsi danışıb problemlərimizi həll edərik. Ancaq Fatih Terim Lütfi Arıboğana bildirib ki, onunla Hande vasitəsi ilə əlaqə saxlayım. Təsəvvür edirsinizmi, mən Fatih Terimlə danışmaq üçün futbol şöbəsinin mətbuat xidmətinin rəhbəri Hande ilə danışmalıyam. Terim bağları qoparmaq üçün sanki əlindən gələni edirdi. Başqa çarəmiz qalmamışdı.”

OXŞAR XƏBƏRLƏR