Müğənni Sevil və Sevinc Səfərova uzun zamandır gözlənilən mahnısını təqdim etdi
AZXEBER.COM xəbər verir ki, Sevil-Sevinc bacıları yeni klipini təqdim edib. "Dəlicəsinə” adlanan mahnının söz və musiqisi Elçin Məhərrəmova, aranjmanı isə İlqar İlhama məxsusdur.
Ekran işinin müəllifi isə Kamran Aydınovdur.
Sevil və Sevinc bacılarının obraz və makyajı Səbinə İmanovaya məxsusdur.
Qeyd edək ki, sosial şəbəkələrdə yerləşdirilən mahnı dinləyicilər tərəfindən bəyənilib.






