"Delta" ştammı qapanmalara səbəb olacaq? - AÇIQLAMA

"Delta" ştammı qapanmalara səbəb olacaq? - AÇIQLAMA
SOSİAL
15:48 14.07.2021
831
COVID-19-un yeni ştammı olan "Delta” ştammına artıq Azərbaycanda da rast gəlindi. Ölkəmizdə bu ştamma yoluxanların sayı 31 nəfərdir.

Bəs "Delta” ştammı nə qədər təhlükəlidir? Ondan qorunmaq üçün hansı tədbirlər görülməlidir?

İnfeksionist Vüqar Cavadzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, virusdan qorunmaq üçün əvvəlki tədbirlər davam etdirilməlidir:

""Delta” ştammına artıq Azərbaycanda da rast gəlindi, hesab edirəm ki, bu, gözlənilən idi. Çünki qonşu ölkələrdə bu ştamm var idi. Amma onu deyim ki, insanların qorxu və panikaya düşməsinə ehtiyac yoxdur. Bu, COVID-19-un mutasiyaya uğramış bir formasıdır. COVID-19-da hansı tədbirlər aparılırdısa, həmin tədbirlər davam etdirilməlidir. İnsanların sıx toplaşmış olduğu yerlərə getmək məsləhət deyil. Maska taxmaq və sosial məsafəni gözləmək lazımdır”.

Vüqar Cavadzadə onu da qeyd edib ki, ölkədə hər hansı qapanmaya gedilməsi hələ ki, məqsədəuyğun deyil:

""Delta” ştammına bizim ölkədə rast gəlinsə də, hələlik gündəlik yoluxma sayı minimum vəziyyətdədir. Xəstəxanalarda xəstələrin sayı da o qədər çox deyil. Bunları nəzərə alaraq ölkədə hər hansı qapanmaya gedilməsi, hesab edirəm ki, məqsədəuyğun deyil. Əgər yoluxma çox olsa idi, xəstəxanalarda çarpayı sayında çatışmazlıqlar olsa idi, o zaman nisbətən sərtləşmə lazım olardı. Amma hazırda qapanmalara gediləcək hər hansı epidemik vəziyyət yoxdur”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR