Dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlandı

Dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlandı
SOSİAL
13:33 18.12.2023
230
Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
OXŞAR XƏBƏRLƏR