Ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı

KRİMİNAL
12:05 05.02.2021
711
Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.
 
Bu barədə AZXEBER.COM-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və "Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki  4 ödəmə terminalından, ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlayıb.
 
E.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. 

Sevinc Yasinqızı

OXŞAR XƏBƏRLƏR