Dəməşqdə komendant saatı tətbiq olundu

DÜNYA
18:38 08.12.2024
213

Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.

Bundan əvvəl Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa ölkədə keçid hakimiyyətinin formalaşmasına başlandığını elan edib. /Report

OXŞAR XƏBƏRLƏR